Müasir dövrdə Azərbaycana dünyanın müxtəlif dövətlərinin marağının artması ölkəmizin siyasi gücünün, iqtisadi inkişafının göstəricisi olmaqla yanaşı, bu, milli dəyərlərə, tolerant, sülhsevər dövlət olduğumuzdan da qaynaqlanır. Mötəbər təbdirlərin iştirakçısı olaraq Azərbaycan torerant dövlət olaraq diqqətdədir. Belə bir dəyərləri ilə örnək olan Azərbaycanda tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi ölkəmiz tanınır. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrin birində vurğuladığı kimi, biz əsrlər boyu bu ab-havada yaşamışıq və Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər, heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda qarşıdurma, yaxud da hansısa bir anlaşılmazlıq olmamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bəşəri dəyərlərə olan ali münasibətin daha bir təzahürü olaraq dəyərləndirildi. Ölkəmizə gələn hər bir kəs burada tolerantlıq mühitinin bir daha şahidinə çevrilirlər. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Bu gün dünyəvi, müasir, dünyaya açıq olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Belə ki, əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda əsrlər boyu mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri sayəsində yəhudi və xristian icmaları həmişə əmin-amanlıq şəraitində yaşayıblar. Ölkəmiz siyasi, iqtisadi olmaqla yanaşı, eyni zamanda, dinlərarası dialoqun təşviqi baxımından, çox mühüm platforma yaradıb. Ölkəmizdə keçirilən Dünya Dini Liderlərinin Zirvə toplantısı, Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumu və digər tədbirlər dini və milli zəmində olan ixtilafların azaldılmasına öz təsirini göstərib.
"APARDIĞIMIZ SİYASƏT DAXİLİ VƏZİYYƏTİN SABİTLƏŞMƏSİNƏ, SABİT SAXLANMASINA XİDMƏT GÖSTƏRİR"
Qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yolları müzakirə edilir. Təbii ki, hər məsələnin mərkəzində insan amili dayanır və bəşəriyyətdə olan insanların rifahının yüksək olması vacib məsələlərdəndir. Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, mühüm qərərların qəbul edilməsi vacibdir. Beynəlxalq tədbirlərdə edilən çağırışlar əhəmiyyət kəsb edir. Cənab Prezidentin vurğuladığı kimi, "Apardığımız siyasət daxili vəziyyətin sabitləşməsinə, sabit saxlanmasına xidmət göstərir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır.Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, həqiqətən belədir. Bu, həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir".
Hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir. Azərbaycanın dövlət başçısı daim ölkədə qədim multikultural dəyərlərin, tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edir. Görülən işlər yüksək bir şəkildə qiymətləndirilir. "İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi dəfələrlə Azərbaycanda müsəlman dininə olan hörmətə və müsəlman dininin dünyada sülh, mərhəmət dini kimi təqdim edilməsində gördüyümüz işlərə çox böyük qiymət vermişdir" deyən Cənab Prezident aparıcı müsəlman ölkələrinin rəhbərlərinin bunu açıq şəkildə ifadə etdiklərini bildirib: "Biz birinci ölkə və yeganə müsəlman ölkəsi olmuşuq ki, müsəlman tarixinə, mədəniyyətinə aid sərgini Vatikanda keçirdik. Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq. Təsadüfi deyil ki, müsəlman ölkələrinin rəhbərləri bu sahədəki fəaliyyətimizə yüksək qiymət verirlər".
Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. İnkarolunmaz faktdır bu gün Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycanda olan multikulturalizm məktəbi, tolerantlıq bu gün yeni mərhələdədir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB