Pakistan mətbuatında “Həqiqətin yoxlanılması”

Pakistan mətbuatında “Həqiqətin yoxlanılması”

Pakistanda nəşr edilən “National Herald Tribune və Election Times” qəzetlərində Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, təhlilçi-yazar Mehmood ul-Hassan Khan Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı “Həqiqətin yoxlanılması” adlı məqalə dərc edib. SİA-nın verdiyi məlumata görə, məqalədə Azərbaycan Respublikasının seçkiləri azad və ədalətli şəraitdə keçirmək üçün güclü siyasi iradəyə sahib olduğu və ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar bütün beynəlxalq monitorinq agentlikləri ilə hərtərəfli əməkdaşlığa hazır olduğu qeyd olunub.

Regionda, eləcə də bütün İslam dünyasında dünyəvi dövlət nümunəsi olan Azərbaycanda, həqiqi demokratik seçkilərin ilkin şərti olan fundamental hüquq və azadlığı məhdudlaşdıran hərhansı bir siyasi mühitin olmadığı vurğulanıb.

Ekspert Azərbaycanın çoxpartiyalı siyasi sistemə sahib bir ölkə olaraq hər bir partiyaya öz namizədini təqdim edərək bərabərhüquqlu şəkildə seçkilərə qatılma hüququ verdiyini diqqətə çatdırmış və Azərbaycanın regionda ən böyük siyasi partiyalara sahib ölkə olduğunu bildirib.

Məqalədə parlament seçkilərinə namizədlərin qeydiyyatının 6 dekabr 2019-cu ildə başladığı və 10 yanvar 2020-ci ildə bitdiyi qeyd edilib. Eyni zamanda, seçki kampaniyasının Seçki Günündən 23 gün əvvəl başlayacağı və seçkiyə 1 gün qalmışa qədər davam edəcəyi vurğulanıb.

Məqalənin sonunda Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, təhlilçi-yazar Mehmood ul-Hassan Khan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idarəetmə sistemini sürətləndirmək məqsədilə ciddi kadr islahatları apardığını bildirib. O, bu islahatların nəticəsi kimi gənc nəslin bacarıqlı nümayəndələrinin ölkədə yüksək postlara təyinat aldığını diqqətə çatdıraraq, qarşıdan gələn parlament seçkilərində gənclərin fəal iştirak edəcəyini də qeyd edib.

http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=3&dt=09-01-2020

http://electiontimes.pk/azerbaijans-parliament-election-2020-a-reality-check-part-ii/?fbclid=IwAR3k7ShO38KyszVHJSuHdj91EHpGsPmKhbd79PYpWkSmpyGZ768-9J8zRlA

Bütün xəbərlər Facebook səhifəmizdə