Bu gün Aprel şəhidi Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi qəsəbəsində bulağın açılışı olub. SİA xəbər verir ki, bulaq şəhidin vaxtilə yaşadığı məhəllədə tikilib.
Xatırladaq ki, Fəxrəddin Qurbanlı 13 yanvar 1994-cu ildə anadan olub. 179-nömrəli tam orta mətbəbdə təhsil alıb və yüksək balla Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Universitetdə oxuuduğu illərdə çox fəal könüllülük fəaliyyəti göstərmiş və oxuduğu illərdə Vergilər Nazirliyində işləmiş, bir sıra digər təşkilatlarda çalışmışdır.
Qeyd edək ki, Fəxrəddin Qurbanov 2 aprel 2016-cı ildə hərbi xidmətdə olarkən döyüşlərin birində qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin atası Seyfəddin Qurbanov şəhidin əziz xatirəsinə həsr olunmuş bulağın tikintisi üçü Binəqədi rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. Oğlunun igidliyindən, şücaətindən danışan ata söyləyib ki, oğlu nəinki ailəsinin, bütün Azərbaycanın fəxri idi. Yüksək balla qəbul olduğu Azərbaycan Universitetində də öz savadı və bararığı ilə hər zaman seçilirdi.
Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Şəmsi Gülverdiyev çıxışı zamanı bildirib ki, Azərbaycan xalqı nə qədər var, nə qədər ki, biz burdayıq Fəxrəddin Qurbanlı hər zaman cismani olmasa da, ruhu hər zaman bizimlə olacaq. Onun adını daşıyan bulağın tikintisi onun adı əbədi olaraq yaşadacaq.
Həmçinin tədbirdə çıxış edən Binəqədi qəsəbəsinin bələdiyyə sədri Aytac Əliyeva çıxışı zamanı söyləyib ki, Azərbaycan dövtətinin mərd oğulları yaşadıqca Azərbaycan yaşayacaq və inkişaf edəcək. Dövlət başçısının çıxışı zamanı söylədiyi "Qarabağ Azərbaycandır!" fikri bir daha sübut edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissədir. Bulağın tikilməsində məqsəd şəhidin adını hər zaman yaşadmaqdır.
Şəhidin təhsil aldığı 179 nömrəli orta məktəbin sinif rəhbəri Cabbarova Sevinc və Azərbaycan Universitetinin müəllimi Tünzalə Veriyeva da çıxış edib, şəhidin xatirələrini bölüşüblər.
Sonda 179-nömrəli mətbəbin şagirdi İbrahimov Arifin təqdimatında “Ana, mən şəhid oldum” ifası səsləndirilib və digər məktəblilərin də şeirləri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB