“Koroğlu” NMM-də iki videoçarxın yayımına başlanıb

“Koroğlu” NMM-də iki videoçarxın yayımına başlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş müstəvidə təbliği məqsədilə başladığı layihəni digər bir tərəfdaş qurumla davam etdirir. SİA xəbər verir ki, bu dəfə Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində quraşdırılmış monitorlarında SHXÇDX-nin vətənpərvərlik mövzusunda hazırladığı iki videoçarxın yayımına başlanıb.

Müddətli həqiqi hərbi xidmətə yanvar çağırışı ərəfəsində əhalinin sıx olduğu ictimai yerlərdə və daha çox istifadə etdiyi ictimai nəqliyyat infrastrukturunda belə bir platformanın həyata keçirilməsinin rəğbətlə qarşılandığını nəzərə alaraq bu istiqamətdə işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə