İğdır şəhərində 31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr edilən konfrans keçiriləcək

İğdır şəhərində 31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr edilən konfrans keçiriləcək
Türkiyənin İğdır şəhərində 31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr edilən konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, Türkiyə Azərbaycan Dərnəyi - TAD tərəfindən təşkil edilən konfrans TÜRKSAM və ATXƏM-in dəstəyi ilə baş tutacaq. "İğdır və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımlar və erməni iddiaları" mövzulu konfransda TÜRKSAM və TAD sədri Sinan Oğan, pedaqoq-yazar Ziya Zakir Acar, ATXƏM-in sədri İlham İsmayilov və Azərbaycanın millət vəkillərindən Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı iştirak edəcək. Onlar ermənilərin İğdırda və digər tarixi Azərbaycan torpaqlarında azəri türklərinə qarşı törətdikləri soyqırımlar barədə ətraflı məlumatlar verəcəklər.

Bu konfransda həmçinin, millət vəkili Qənirə Paşayevanın Qazax şəhərinin Bağanis Ayrım qəsəbəsində ermənilərin törətdikləri soyqırımı izah edən "Ermənilərin törətdiyi soyqırımın qurbanı: Bağanis Ayrım" kitabı ilk dəfə türk oxucusunun təqdim ediləcək. Konfransda erməni vəhşiliklərini göstərən qısa sənədli film də nümayiş ediləcək. Konfrans çərçivəsində Ermənistanın Metsamor Nüvə Stansiyasının bağlanılması üçün də bir çağırış ediləcək. İğdırda təşkil olunacaq bu konfransa Azərbaycandan Diaspor ilə İş Üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri və çoxlu sayda Azərbaycan mətbuatının nümayəndələri qatılacaqlar.

Konfrans 30 martda İğdır Mədəniyyət Mərkəzində reallaşacaq. Bütün media mənsubları və digər gəlmək istəyən şəxslər öz xərclərini qarşılamaq şərtilə konfransa qatıla bilər. Bu konfransa qatılmaq istəyənlər [email protected] ünvanına mail göndərə bilərlər. Azərbaycandan gələcək qonaqlar 30 Mart saat 15:00-da Naxçıvan Aerodromda təşkilat tərəfindən qarşılanacaq və İğdıra aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə