ETSN Hövsan qəsəbəsində ağac kəsintisi ilə bağlı şikayəti araşdırır

ETSN Hövsan qəsəbəsində ağac kəsintisi ilə bağlı şikayəti araşdırır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətti”nə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi, 4 a ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət araşdırılır.

Nazirliyin mətbuat katibi İradə İbrahimova SİA-ya bildirib ki, qurumun əməkdaşları hazırda həmin ünvana baxış keçirir. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə