AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti öyrənilir. SİA xəbər verir ki, ilkin mərhələdə Naxçıvan Muxtar Respublikasının su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadə olunması vəziyyəti araşdırılıb.
Tədqiq olunan ərazi çayları və onların hövzələri haqqında 1960-cı ilə qədər, 1961-1990-cı və 1991-2015-ci illərdə olan məlumatlar hesablanıb, axımın il ərzində paylanması qrafikləri tərtib edilib. Əldə olunan nəticələrə əsasən, ərazinin demək olar ki, 66 faizindən çoxu dəniz səviyyəsindən 1000 metr yuxarıda, Araz boyunca uzanan hissəsi isə 600-1400 metr hündürlükdə yerləşir. Dənizlərdən uzaqda yerləşməsi və hər tərəfdən dağlarla əhatə olunması, relyefin kəskin kontrastlığı və çayların yuxarı hissələrində zəif torpaq örtüyü buranın hidroqrafiyasının müxtəlifliyinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB