2020-ci ilin ilk Ay tutulması sona çatıb.
SİA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, bu, yarımkölgəli Ay tutulması olub. Saat 21:08-də başlayan tutulma hadisəsi saat 01:12-də sona çatıb. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub.
Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB