“Səs” qəzetinin kollektivinə!
Əziz “Səs”çilər, qəzetinizin 29 yaşının tamam olması münasibətilə sizi ürəkdən təbrik edirəm!
“Səs” qəzeti ötən illər ərzində keşməkeşli yol keçmiş, müstəqil Azərbaycan mətbuatının inkişafında özünəməxsus rol oynamışdır. “Səs” qəzeti Azərbaycanın taleyüklü bir dövründə -1991-ci ilin 11 yanvarında nəşr olunmağa başlamışdır. Bu, elə bir dövr idi ki, Azərbaycanda daxili ictimai-sabitlik pozulmuş, respublika bütün sahələr üzrə tənəzzülə uğramaqda davam edirdi.
Belə bir zamanda həyata vəsiqə alan “Səs” xalqın səsi olaraq əsl həqiqətləri respublika ictimaiyyətinə çatdırmağa başladı. O dövrdə respublika rəhbərliyinin səriştəsizliyi Azərbaycanı daha böyük problemlərə doğru sürükləyirdi. Respublikanın sağlam düşüncəli ziyalıları Azərbaycanın üzləşdiyi problemlərdən çıxış yolunu yalnız və yalnız Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. “Səs” qəzeti də bu insanların tribunasına çevrilmişdi. Təsadüfi deyil ki, 1992-ci ilin oktyabr ayında məşhur “91-lər”in Ulu Öndər Heydər Əliyevə müraciəti və böyük dövlət xadimi Heydər Əliyevin həmin müraciətə cavabı “Səs” qəzetində nəşr olunmuşdur.
Ötən illər ərzində “Səs” qəzeti ictimai rəyin düzgün əsaslarda formalaşmasında, Azərbaycan xalqının dövlətçilik maraqlarının qorunmasında və Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliğ olunmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
“Səs” qəzeti bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi və Azərbaycan dövlətinin yüksək inkişafına xidmət edən siyasəti uğurla təbliğ etməkdədir.
Mən Baş redaktor Bəhruz Quliyev başda olmaqla bir daha “Səs” qəzetinin kollektivini təbrik edir, Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Hüseyn Paşayev
YAP Siyasi Şurasının üzvü,
YAP Mətbuat Xidmətinin rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB