Resurs Analitik İnformasiya Mərkəzindən "Səs" qəzetinə təbrik - MƏKTUBU

Resurs Analitik İnformasiya Mərkəzindən "Səs" qəzetinə təbrik - MƏKTUBU

Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyindən redaksiyamızın elektron poçtuna "Səs" qəzetinin 29 yaşının tamam olması münasibətilə təbrik məktubu ünvanlanıb. Məktubda deyilir:

Hörmətli Bəhruz müəllim!

Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyi sizi və sizin simanızda Azərbaycan mediasında özünəməxsus yeri və rolu olan “Səs” qəzetinin kollektivini 29 illik fəaliyyətiniz münasibətilə təbrik edir, məsuliyyətli və şərəfli işlərinizdə yeni yaradıcılıq uğurları arzulayırıq.

1991-ci ilin yanvarından fəaliyyətə başlayan “Səs” qəzeti, ölkəmizdə olan ilk azad, müstəqil mətbuatın simvolu olaraq həmin dövrdə çox populyar, çoxtirajlı, oxunaqlı qəzet kimi Azərbaycanda demokratik mətbuatın formalaşmasına öz ciddi tövhəsini verib. Eyni zamanda Naxçıvanda blokada şəraitində yaşayan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı ilə əlaqəsinin yaranmasında çox vacib, müstəsna əhəmiyyətli bir körpü rolu oynayıb. Heç də təsadüfi deyil ki, həmin dövrdə xalq, xalqın ziyalıları məhs “Səs” qəzeti vasitəsi ilə Azərbaycan xalqı adından 91-lərin müraciəti dərc edilib. O dövrdə yalnız “Səs” qəzeti bütün təhlükələrə baxmayaraq bu müraciəti dərc etdi. Ulu Öndərində Azərbaycan xalqına müraciəti və həmin ziyalılara cavabı, hazırki vəziyyətdən çıxış yolunu əks etdirən proqram xarakterli məktubu məhs “Səs” qəzetində dərc olunmuşdu. Bu elə həmin dövr üçün “Səs” qəzetinin əhəmiyyətini göstərib. Həmin vaxtdan bu günə qədər “Səs” qəzetinin bir mövqeyi olub Ulu Öndərin ideologiyası, onun yolu və dövlətçiliyin müdafiəsi, tərənnümü kimi də davam etdirir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrinin uğurlu inkişafı naminə davam etdirdiyi siyasətini, həyata keçirdiyi genişmiqyaslı islahatlarını, qazanılan uğurlarını ölkə daxilində və beynəlxalq aləmdə təbliğində “Səs” qəzetinin böyük xidmətləri var. Azərbaycan mediasında öz dəst-xətti ilə seçilən qəzeiniz, əminik ki, bundan sonra da bu ənənəni uğurla davam etdirəcək və ölkəmizdə informasiya cəmiyyətinin inkişafına öz dəyərli töhfələrini verəcək.

Sizi 29 yaşınız münasibətilə bir daha təbrik edir, Səmimi kollektivinizin bütün üzvlərinə can sağlığı və işlərində yaradıcılıq uğurları arzulayırıq.

Resurs Analitik İnformasiya Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə