Pakistan nəşr Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazdı

Pakistan nəşr Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazdı

Pakistanda nəşr edilən “National Herald Tribune və The Every Day” qəzetlərində və həmin qəzetlərin internet səhifələrində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı “Kütləvi islahatlar üçün strateji bir istiqamət” adlı məqalələr dərc olunub.

Məqalədə Azərbaycanda davam edən müxtəlif sosial-iqtisadi, siyasi və inzibati islahatlarının ciddi şəkildə aparılaraq həyata keçirilməsi parlamentin 2 dekabr 2019-cu ildə səs çoxluğu ilə özünü buraxmasına gətirib çıxardığı qeyd olunub.

Müəllif Azərbaycanın dünyada ən qədim demokratik ölkələrdən biri olduğunu, Azərbaycan Demokratik Respublikasının (ADR) müstəqilliyini elan etdikdən sonra qadınların, azlıqların və etnik qrupların səsvermə hüququnu təmin etdiyini və müsəlman dünyasında ilk demokratik respublika olduğunu diqqətə çatdırıb.

Məqalədə Azərbaycan Respublikasının bütün müasir demokratik institutlara sahib sivil ölkə olduğu və son bir neçə ildə ölkədə iqtisadi və siyasi islahatların geniş vüsət aldığı qeyd edilmişdir. Aparılan bu islahatların ölkənin iqtisadiyyatının şaxələndirilməsinə, yüksək iqtisadi göstəricilərə, iqtisadi sərbəstliyə və regional əlaqələrə zəmanət verdiyi bildirilib.

Müəllif, həmçinin ölkədə aparılan kadr islahatlarındakı gəncləşdirmə siyasətinə də toxunaraq, gənclərin öz potensiallarını göstərəbilmələri üçün yaxşı bir fürsət yarandığını və sözügedən islahatların 2020-ci ilin 9 fevral tarixində keçiriləcək parlament seçkilərində gənclərin yeni ideya və mexanizmlərlə iştirak etməyinə stimul verəcəyini də vurğulayıb.

Məqalənin sonunda parlament seçkilərinin beynəlxalq standartlara uyğun Konstitusiya və Seçki Məcəlləsi ilə tənzimləndiyi qeyd olunub, Seçki Komissiyası və onun tabeliyindəki qurumların vəzifə və funksiyalarında tamamilə azad, müstəqil və qərəzsiz olduğundan bəhs edilmiş və hər bir namizədin və siyasi partiyanın ölkədə ümumi şəffaflığı, azad və ədalətli seçkiləri dəstəkləyən bərabərlik və ədalət hüququnun olduğu diqqətə çatdırılıb.

http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=3&dt=08-01-2020

Bütün xəbərlər Facebook səhifəmizdə