Eldar Sultanov: Bəzi KİV-lər reallığa uyğun olmayan məlumatlar yayırlar

Eldar Sultanov: Bəzi KİV-lər reallığa uyğun olmayan məlumatlar yayırlar

Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə yanvarın 7-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri, eləcə də ayrı-ayrı şəxslər dəqiqləşdirmə aparmadan sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmasını davam etdirirlər.

SİA xəbər verir ki, bu fikir Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun “Facebook”da paylaşdığı statusda yer alıb.

E.Sultanov istintaqın maraqlarına zidd olan, insanların heysiyyətinə toxunan, xüsusilə uşaqların psixologiyasına mənfi təsir edə biləcək bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə