Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. SİA-ya ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib.
O qeyd edib ki, araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB