Bakı Ali Neft Məktəbi karyera imkanlarına görə liderdir

Bakı Ali Neft Məktəbi karyera imkanlarına görə liderdir

“Azərbaycan universitetləri” sosial şəbəkə səhifəsində keçirilmiş “Azərbaycan universitetləri arasında karyera imkanlarına görə qabaqcıl universitetlər hansıdır?” sosial tələbə sorğusunun nəticələrinə görə, Bakı Ali Neft Məktəbi (BANM) ilk sırada yer alıb. Tələbələrin fikrincə, karyera imkanlarına görə BANM digər universitetləri böyük fərqlə qabaqlayır. Bakı Ali Neft Məktəbindən SİA-ya bildiriblər ki, bu təhsil müəssisəsi Azərbaycan Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizi ilə yüksəkixtisaslı ingilis dilli mühəndis kadrlarının hazırlanması ilə yanaşı, onların işlə təminatında səylərini əsirgəmir. Həyata keçirilmiş məqsədyönlü işlərin nəticəsidir ki, ali məktəbin bütün məzunları işlə təmin olunub. Artıq üçüncü ildir ki, Bakı Ali Neft Məktəbi məzun buraxılışı həyata keçirir.

Ötən tədris illərində olduğu kimi, 2018-2019-cu tədris ilində də məzunların hamısı işlə təmin olunub.

Beş il ərzində BANM-də yüksək səviyyədə təhsilə, bilik və bacarığa yiyələnən tələbələr Azərbaycanın və dünyanın aparıcı şirkətlərində, ali təhsil müəssisələrində işlə təmin olunur, nüfuzlu beynəlxalq universitetlərdə təhsillərini davam etdirirlər.

Bakı Ali Neft Məktəbinin məzunlarının uğurları bir daha sübut edir ki, bilikli və bacarıqlı mütəxəssis iş axtarmamalıdır, iş onu axtarmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə