Tanınmış həkim televiziyada aparıcılıq edəcək - “Tibbnamə”

Tanınmış həkim televiziyada aparıcılıq edəcək - “Tibbnamə”

Tanınmış həkim televiziyada aparıcılıq edəcək. SİA-nın xəbərinə görə, belə ki, hər həftənin 3-cü günü saat 17:00-da ARB televiziyasının efirində məşhur fitoterapevt Dr.Elnur Eldaroğlunun təqdimatında “Tibbnamə” verilişi yayımlanacaq. Verilişdə təbii üsullarla müalicələrdən danışılacaq. Həmçinin tamaşaçılara fitoterapiya, apiterapiya, akupunktura, zəli və hicama terapiyası üsulları haqqında məlumat veriləcək. Hər dəfə müxtəlif müalicəvi bitki çaylarında günün resepti dəmlənəcək.

Qədim xalq təbabəti və müasir alternativ metodlar, bir çox xəstəliklərin müalicə və profilaktikası işıqlandırılacaq.
Verilişin baş sponsoru Apifitoterapiya Mərkəzidir. Sponsor isə “Propolis” Arı məhsulları və apifito komplekslər satış mərkəzidir.

Bütün xəbərlər Facebook səhifəmizdə