Xoşqədəm Hidayətqızı Nərminə görə kimlərə "od püskürdü" ! Övladlarınız üçün narahat olun!

Xoşqədəm Hidayətqızı Nərminə görə kimlərə "od püskürdü" ! Övladlarınız üçün narahat olun!

“Bilirsiniz nə gözləyirdim? Səhər restoran müdirlərinin, hansısa “Həci”nin, nə bilim alverçinin sevgilisi olmuşları müdafiə edən bəziləri Nərminin fotosunu paylaşıb, “Cinayətkar tapılsın” yazacaqlar, amma olmadı, bir-iki nəfərdən başqa. Yazıqlar olsun!”

SİA xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı İnstaqramda Tovuz sakini 10 yaşlı Nərmin Quliyevanın meyitinin yandırılmış halda tapılmasından danışarkən deyib.

O, Nərminin ölümünə biganə qalanları qınayıb: “Bu həftələr əzində səsi çıxmayanlar ölü yanında şəkil çəkdirməyə gedir, başqa biriləri sakitcə seyr edirlər. Nərminləri öldürənlər ən ağır cəzaya məhkumdur, heç olmasa övladlarınız üçün narahat olun. Nərmin onsuz da həyatda yoxdur”.

Xatırladaq ki, qətlə yetirilmiş Nərmin Quliyevanın axtarışı ilə bağlı onun nənəsi, əmisi və valideyinləri Xoşqədəm Hidayətqızının Xəzər TV-də rəhbəri və aparıcısı olduğu "Səni axtarıram" sosial-axtarış verilişinə müraciət etmişdilər. Nərmin Quliyeva ötən ilin noyabr ayının 21-dən itkin düşmüşdü.

Qeyd edək ki, qətl hadisəsi ilə bağlı cinayət işi açılıb, Baş prokurorluq, DİN və Ədliyyə Nazirliyi cinayətkarın tapılaraq cəzalandırılması istiqamətində müvafiq tədbirlər həyata keçirməkdədirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə