Samaradan Bakıya birbaşa aviareyslər həyata keçiriləcək

Samaradan Bakıya birbaşa aviareyslər həyata keçiriləcək
2020-ci ilin yanvar ayının 15-dən Rusiyanın "İrAero" aviaşirkəti Samara şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirməyə başlayacaq. SİA-nın xəbərinə görə, Samaranın "Kurumoç" hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həftədə bir dəfə çərşənbə günləri həyata keçiriləcək. "İrAero" aviaşirkəti bu reyslərin cədvəlini təqdim edib: Çərşənbə: Samara (KUF) - Bakı (BAK) 01:20 - 03:10 Bakı (BAK) - Samara (KUF) - 04:10 - 06:00

Bütün xəbərlər Facebook səhifəmizdə