Şərurda 3 min hektardan çox sahəyə buğda və arpa toxumu səpilib

Şərurda 3 min hektardan çox sahəyə buğda və arpa toxumu səpilib

Bu il də bol məhsul əldə etmək istəyən şərurlu sahibkarlar taxıl əkini kampaniyasını davam etdirirlər. İndiyədək 3 min hektardan çox sahəyə buğda və arpa toxumu səpilib.

SİA xəbər verir ki, rayonun Zeyvə, Düdəngə, Xanlıqlar, Dəmirçi, Şəhriyar, Muğanlı, Püsyan və Yengicə kəndlərinin torpaq sahələrində daha çox taxıl əkini aparılıb. Toxum səpilən sahələrdə suvarma işləri davam etdirilir.

Muxtar respublikanın ən çox əkinəyararlı sahələri Şərur rayonundadır. Zəhmət adamları həyətyanı sahələrini və pay torpaqlarını əkib-becərir, özlərinə yaxşı gün-güzəran yaradırlar.

Dövlətimizin bu sahədə torpaq mülkiyyətçilərinə göstərdiyi hərtərəfli qayğını xüsusi qeyd etmək lazımdır. Belə ki, torpaq əkib-becərənlərə maliyyə yardımları ilə bərabər, məhsuldar toxum sortları, gübrə və texnika verilir, əkinçilərin ehtiyacları təmin edilir, onların səmərəli fəaliyyət göstərməsi üçün münbit şərait yaradılır.

Bütün xəbərlər Facebook səhifəmizdə