Hava limanı istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib
Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
SİA Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki,, agentlik hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.
Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və qarşı tərəfə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB