İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib

İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib

İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

SİA xəbər verir ki, bu addımın atılmasına səbəbi Qasım Süleymaninin öldürülməsi ilə bağlıdır.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə