Şəkidə uşaq bağçasında yanğın hadisəsi baş verib. SİA xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, rayonun Baş Göynük kəndində ümumi sahəsi 400 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın zirzəmisində yanğın baş verib. Bildirilir ki, 120 m² sahədə taxta tullantıları yanıb.
Bina yanğından mühafizə olunub və yanğın söndürülüb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB