Azərbaycanda qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyətinin qadağan olması barədə tələb ləğv edilib. SİA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları"na etdiyi dəyişiklikdə əkini tapıb.
Qeyd edək ki, Qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir.
Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin "ASAN xidmət" mərkəzlərində, kiçik və orta biznes evlərində və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə ərizə ilə müraciət edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB