Bu gün özündə 3 qurumu - "Səs" qəzeti, Səs İnformasiya Agentliyini və Səs İnternet Televiziyasını birləşdirən SƏS Media Qrupun redaksiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Media Qrupun rəhbəri Bəhruz Quliyev təmsil etdiyi qurum adından dövlət başçısı cənab İlham Əliyevi və ailəsini, eyni zamanda bütün Azərbaycan xalqını ürəkdən təbrik edib, firavanlıq, bol ruzi-bərəkət, gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayıb.
B.Quliyev Media Qrupun hər bir üzvünü Yeni il münasibətilə təbrik edib. Ötən 2019-cu ilin xalqımız, dövlətimiz üçün bir sıra uğurlarla yadda qaldığını və 2020-ci ildə bu uğurların davamlı olacağına ümid etdiyini bildirib. Qeyd edib ki, 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində hər birimiz peşə fəaliyyətimizdə aktiv olmalı, seçkilərin daha şəffaf, daha obyektiv keçirilməsi üçün var gücümüzlə çalışmalıyıq.
Sonra bayram tortu kəsilib.
SİA olaraq biz də bütün Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, bol ruzi-bərəkət dolu süfrə, can sağlığı arzulayırıq!
BAYRAMINIZ MÜBARƏK!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB