Beynəlxalq sərnişin və yük daşımalarına dair yeni tələblər müəyyənləşib
Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”də dəyişiklik edib.
SİA "APA-ya istinadən xəbər verir ki, qüvvədə olan Əsasnaməyə görə, beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.
Dəyişikliyə əsasən, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidirlər. Hazırlığın keçirilməsi qaydası və müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Hazırlıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil ediləcək və keçiriləcək. Tədrisin nəticələrinə əsasən sürücüyə forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd veriləcək.
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda da dəyişiklik edib. Qaydaya əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (Sifarişçi) çıxış edir.
Qaydaya əlavə edilən yeni bəndə (1.2) əsasən, beynəlxalq marşrutlar üzrə sərnişin daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları fəaliyyətinin operatoru tərəfindən yerinə yetirilməlidir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.
“İxtisas məlumatlarının nümunəvi forması” üzrə isə operatorun məsul şəxsinin (şəxslərinin) Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsini təsdiq edən, forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənədin surəti təqdim olunmalıdır. Eyni zamanda beynəlxalq sərnişin daşımalarını həyata keçirən sürücülərin Nazirlər Kabineti tərərfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq eçməsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır.
Nazirlər Kabinetinin qərarına əsasən, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na da yeni bəndlər əlavə edilib. Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları fəaliyyətinin operatoru avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən uçota alınan hüquqi və ya fiziki şəxsdir. Operatorun məsul şəxsi operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə də peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxsdir. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator Nazirlər Kabineti tərəfindən müəyyən edilən işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.
Eyni zamanda hüquqi şəxslər kimi beynəlxalq daşımaları həyata keçirən fiziki şəxslər də sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görməli, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamalı və belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



