"Bəzən qidalardan düzgün istifadə edilməməsi zəhərlənməyə aparıb çıxarır"
Bu il zəhərlənmələrlə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə daxil olan 600-ə qədər müraciətdən təxminən 150-si qida zəhərlənmələri ilə bağlı olub. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərlə söhbətində deyib.
Onun dediyinə görə, ölkəmizdə başlıca problem qidanın keyfiyyətində yox, ondan düzgün istifadə edilməməsindədir: “Təbiət bizə çox sağlam və orqanik qida bəxş edib. Təəssüf ki, əksər hallarda qidalanma zamanı ondan düzgün istifadə edilmir və bununla da orqanizmdə metobolik proseslərin yaranmasına rəvac verirlər. Xarici ölkələrdə olanda məclis və ziyafətlər zamanı hər kəsin yalnız bir qidadan istifadə etdiyini görürük. Bizim toy məclislərində isə eyni süfrədə həm balıq, həm kabab, həm plov, həm də digər xörək və qəlyanaltılar qoyulur. Halbuki onların mədədə həll olunma keyfiyyəti tamamilə fərqlidir. Süfrədə xörəklərin uzlaşmasına fikir verməmək isə fəsadlar yaranmasına səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB