Dekabrın 27-də saat 8 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Xəyal Cəfərovun odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyitinin tapılması barədə rayon polis idarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Mahmudov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi kustar üsulla hazırlanmış tapança aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB