Bakı şəhər Xətai rayonundakı 207 saylı bağçada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri bağçanın müdiri Yeganə Sadıqova açaraq bağçada dövlət tərəfindən yaradılan şəraitdən danışıb.
Y.Sadlqova bildirib ki, bağçamıza nitq qüsurlu uşaqları da qəbul etmişik: "Bağçamızda yaradılmış şərait və psixoloq müəllimlərin fədakarlığı sayəsində uğaqların təlim-tərbiyyəsi və tədris sahəsində uğurlar əldə etmişik. Belə ki, nitq qüsurly uşaqlar qısa müddət keçməsinə baxmayaraq artıq normal danışmağa və dərs öyrənməyə başlayıblar. Təbii ki, bunun üçün ilk öncə uşaqlarla müəllimlər arasında qarşılıqlı anlaşma, bir bağlılıq yaratmaq lazımdır ki, balaca fidanlar öz imlkanlarını tam olaraq göstərə bilsinlər".
Bağçanın müdiri müəllimlərin təlim-tərbiyyə prosesində iştirakını da yüksək qiymətləndirib. Qeyd edib ki, həm kiçik, həm də böyük qruplarda çalışan müəllimlər sözün həqiqi mənasında uşaqlara öz övladları kimi yanaşırlar. Nərmin Cavadova, Yeganə Məmmədova və digərlərinin əməyini, zəhmətini xüsusi qeyd etmək lazımdır. Onların öz işlərinə ciddi yanaşması sayəsində bağçanın kiçik sakini Gülər Məmmədova 3 yaşında nitq qüsurlu olduğu halda, bu gün şeir deyir, dostları ilə normal söhbət edir.
Çıxışının sonunda bağça müdiri tədbirin iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Məmmədhəsən MƏMMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB