Mərkəzi Bank 100 milyon manat cəlb edir

Mərkəzi Bank 100 milyon manat cəlb edir

Dekabrın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. AMB-dən SİA-ya bildirilib ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə