Azərbaycan Paralimpiya Oyunlarında 32 idmançı ilə təmsil oluna bilər

Azərbaycan Paralimpiya Oyunlarında 32 idmançı ilə təmsil oluna bilər

Azərbaycan “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında 32 idmançı ilə təmsil oluna bilər. SİA xəbər verir ki, bu sözləri dekabrın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsinin 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə qurumun rəhbəri İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, idmançılarımız Tokioda idmanın 7 növü üzrə güclərini sınayacaqlar. “Rio 2016” Paralimpiya Oyunlarında 24 atletimiz idmanın altı növü üzrə mübarizə apardı. İndi isə hədəf 7 idman növüdür. Bu il paraekvondo üzrə də lisenziya əldə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə