Ağsaqqallar iki məsələni müzakirə ediblər

Ağsaqqallar iki məsələni müzakirə ediblər

Masallı Rayon Ağsaqqallar klubunda rayon ağsaqqallar şurasının və idarə heyətinin iclası keçirilib. Şura və idarə heyətinin üzvləri, ilk təşkilat və dayaq məntəqələrinin sədrləri, ağsaqqal fəalların iştirakı ilə keçirilən şura rayon şuranın sədri Ələşrəf Niftiyev “Masallı Rayon Ağsaqqallar Şurasının 2019-cu ildə apardığı işlərə dair” məruzəsi ilə çıxış edib.

İdarə heyətinin iclasında isə “Rayon ağsaqqallar təşkilatının yeniyetmə gənclərlə apardığı ideoloji işin səmərəliyinin və səviyyəsinin gücləndirilməsi sahəsində qarşıda duran vəzifələr” müzakirə edilib. Ağsaqqallar şurası İdarə heyətinin üzvləri Rafiq Bağırov, Əyyub Mehdiyev, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, sahibkar-xeyriyyəçi İldırım Allahyarov, Qarğalıq Ərazi Ağsaqqallar Şurasının sədri Rəbbi Kərimov, Şıxlar ərazi ağsaqqallar şurasının sədri Əziz Hüseynov və başqaları hər iki məsələ ilə əlaqədar çıxış edərək, ağsaqqallar şurasının işini qənaətbəxş sayıblar.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev qurumun yeni vəzifələrindən danışaraq iclası yekunlaşdırıb.

Əlihüseyn Şükürov,

Həsənağa Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə