Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatır. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, diaqnostik qiymətləndirmə dekabrın 24-də başlayıb.
İmtahanda 2700-dək psixoloq iştirak edir. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB