Bolnisi rayonunda Ədliyyə Evinin açılışı olub

Bolnisi rayonunda Ədliyyə Evinin açılışı olub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda Ədliyyə Evinin açılışı olub. "Report"un yerli bürosu xəbər verir ki, rəsmi açılış mərasimində Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Yeni istifadəyə verilən Ədliyyə Evində vətəndaşlara dövlət və özəl sektor üzrə 450-dən çox xidmət göstəriləcək.

Mərasimə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da qatılıb. Qeyd edək ki, Bolnisi Ədliyyə Evi Kvemo Kartli bölgəsi üzrə üçüncü, bütün Gürcüstan üzrə isə 24-cü ədliyyə evi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə