Azərbaycanın Gürcüstandakı səfiri II İlya ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri II İlya ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov dekabrın 27-də bu ölkənin Katolikos-Patriarxı II İlya ilə görüşüb. Səfir Dursun Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Katolikos-Patriarxına doğum günü və Yeni il münasibətilə ünvanladığı təbrik məktubunu II İlyaya təqdim edib.

Görüşdə ölkələrimiz arasında münasibətlərinin inkişafından məmnunluqla danışılıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

II İlya Azərbaycan Prezidenti İlham Əliyevin gürcü xalqına olan dost münasibətini, diqqət və qayğısını xüsusi qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Gürcüstanda həyata keçirilən layihələri yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə