Bu gün Siyəzən rayon Heydər Əliyev Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Dahi Şəxsiyyət, müstəqilliyimizin Qurucusu Ümummilli Lider Heydər Əliyev haqqında elmi-praktik seminar keçirilib. Seminarda Siyəzən rayon təhsil, mədəniyyət, gənclər və idman idarəsinin işçiləri iştirak ediblər. Tədbir iştirakçıları, ilk öncə, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, siyasi irsini əks etdirən fotostendlərlə tanış olublar.
Tədbiri Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirib ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsisçisi müstəqil Azərbaycan Respublikasının Memarı və Qurucusu, xalqımızın xoşbəxt gələcəyinin banisi Ümummilli Lider Heydər Əliyev olmuşdur. Dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar verdi və onun rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü ilə müraciət göndərdi. İ.İsayev bildirib ki, bütün bu nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır: "Möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli Liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə fədakarlıq nümunələri göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti, xüsusilə, qeyd edilməlidir".
Dəyirmi masada çıxış edən Siyəzən şəhər 5 saylı orta məktəbin direktor müavini Xatirə Həsənova, Siyəzən şəhər 2 saylı orta məktəbin müəllimi Kəmalə Əmirova və Siyəzən rayon Heydər Əliyev Mərkəzinin ekskursiyaçısı Aygün İsayeva qeyd ediblər ki, Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların tarixi vətənidir. Diaspor təşkilatlarımızın səyləri nəticəsində, Azərbaycan həqiqətləri bütün dünyaya olduğu kimi çatdırılır.
Seminarın sonunda Dahi Şəxsiyyət, müstəqilliyimizin Qurucusu Ümummilli Lider Heydər Əliyev haqqında film nümayiş olunub.
Nəzakət BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB