Astara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sım kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. SİA-nın Cənub bürosunun məlumatına görə, səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilib, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib.
Sakinlər son illər respublikada və rayonda görülən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, maaş, müavinət və pensiyaların artırılmasının onların güzəranına müsbət təsirindən razılıqla danışıblar. Qeyd olunub ki, görülən işlərlə nəinki şəhər və qəsəbələr, ən ucqar kəndlər də simasını dəyişib, həyata keçirilən sosial layihələrlə insanların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlib.
Sakinlər məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirərək kənd stadionunun qaydaya salınması, kəndə gələn avtomobil yolunun axıra qədər asfaltlaşdırılması, telefon xəttinin çəkilişi və internetin verilməsinə köməklik göstərilməsini xahiş ediblər.
İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bldirib ki, saatlarla piyada, yaxud ağır texnika ilə gedilən yolları indi rayon mərkəzindən 45-50 dəqiqəyə gəlmək mümkündür. Digər dağ kəndləri istiqamətində Taxtanakəran-Miki və Taxtanakəran-Toradi yolunu da qısa müddətdə rahat və təhlükəsiz gedirik. Amma, görülən işlər təkcə yol çəkilişi ilə məhdudlaşmır. Pəlikəş nümayəndəliyinin ərazində son illər yeni xəstəxana binası və 6 məktəb inşa edilib. Təkcə bu tədris ilində Dolu, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün modul tipli yeni binalar tikilərək istifadəyə verilib. Bundan əlavə yeni körpülər salınıb, elektrik xətt təsərrüfatında təmir işləri aparılıb, hazırda mövcud olduğu tarixi ərzində heç vaxt işığı və yolu olmayan Dolu, Diqo, Avyarud və Sibiyyət kəndlərinə həm elektrik xətti çəkilir, həm də müasir tipli yol salınır. Bu yolların çəkilməsi ilə Astara tarixində yeni bir səhifə açılır, sakinlərin ən böyük problemi həllini tapır, insanlar rahatlığa qovuşur. Ucqar bir kənddə görülən belə möhtəşəm işlər ölkənin yüksək iqtisadi gücünü göstərir.
Asfalt yollar salınandan sonra gözəl təbiətə malik, qədim tarixi və təbiət abidələri ilə zəngin olan bu ucqarlara maraq çoxalmış, ilin bütün fəsillərində nəinki respublikanın bölgələrindən, hətta xarici ölkələrdən gələn turistlərə rast gəlinir. Bu çox sevindiricidir.
İcra başçısı qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sakinləri təbrik edib, hər birinə xoşbəxt, firavan günlər, yeni ildə yeni uğurlar arzulayıb.
Sonda Q.Ağayev Sım kənd tam orta məktəbində tədrisin vəziyyəti ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını verib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB