Əcnəbi tələbələr və miqrasiya qanunvericiliyi mövzusunda ictimai müzakirə keçirilib
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın təşəbbüsü ilə Odlar Yurdu Universitetində “Əcnəbi tələbələrlə işin xüsusiyyəti və miqrasiya qanunvericiliyi” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. İctimai müzakirəni giriş sözü ilə açan DMX yanında İctimai Şuranın sədr Azər Allahverənov ölkə ərazisində təhsil alan əcnəbi tələbələri narahat edən hallara, miqrasiya sahəsində mövcud aktual məsələlərə nəzər salıb. Odlar Yurdu Universitetinin tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ayrı-ayrı aspektlərinə toxunub və ölkənin təhsil prosesinə əcnəbi tələbələrin cəlb olunmasının vacibliyi haqqında danışıb. Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru, I dərəcəli miqrasiya xidməti qulluqçusu Anar Əkbərov miqrasiya qanunvericiliyinin təhsil məsələləri ilə əlaqədar müddəalarının şərhini verib. Fəal interaktiv şəraitdə keçən tədbir zamanı təhsil müəssisələrinin nümayəndələri tərəfindən qaldırılan suallar aidiyyəti üzrə cavablandırılıb, onlar ətrafında geniş müzakirələr aparılıb. DMX yanında İctimai Şuranın üzvü və bu təsisatın Təhsil məsələlər üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev bu sahədə gələcək əməkdaşlıq imkanlarının artırılması barədə danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB