Prezident İlham Əliyevdən önəmli mesajlar – məmur xalq üçün işləməlidir!
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi və həmin müsahibədən doğan bir sıra mühüm faktorlar ilk növbədə daha bir amili sübut edir ki, ölkəmizin başçısı önəmli mesajlarını verməklə bilavasitə məmurların xalq üçün işləməli olduqlarını vurğulayıb. Daha dəqqi desək, həm ictimai rəyə, həm də məmurlara mesajını çatdırmaqla anons edib ki, artıq bu istiqamətdə də köklü islahatlar reallaşdırılır.
Prezident İlham Əliyev: “Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər”
Lakin daha bir mühüm amil bundadır ki, cənab Prezident qanunları pozan, xalqı dövlətdən narazı salaraq, sözün əsl mənasında təxribatçılıqla məşğul olan məmurların həbəsindən danışarkən, əsas məlumatları məhz mediadan öyrəndiyini bildirdi. Bu, həm də belə nəticəyə gəlməyə zəmin yaratdı ki, mətbuat həm də ictimai nəzarətin aynasıdır və baş verən istənilən qanunsuzluqlar mətbuat vasitəsi ilə xalqın, dövlətin diqqətinə çatdırılır. Ümumiyyətlə, Prezident İlham Əliyev cənablarının çıxışı özündə digər əhəmiyyətli məqamları da ehtiva etməkdədir. SİTAT: “Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür”.
Qanunvericilik bazasının təkmilləşdirilməsi – yeni çağırışların anonsu!
Bu baxımdan da çıxış edən dövlət başçımız bölgələrə səfərləri ilə bağlı fikirlərini açıqlayıb və vurğulayıb ki, bölgələrimizin inkişafı, tərəqqisi üçün sahbkarlar üçün də münbit şəraitlər yaradılır, bu isə çoxşaxəli islahatların məntiqi nəticəsidir. Ona görə də, Prezdent İlham Əliyev cənabları yeni çağırışların da anonsunu verməklə, qanunvericilik bazasının da təkmilləşdirilməli olduğunu vurğulayıb: “Bizdə parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr aylarında işləmir. Belə olan halda biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmək lazım deyil”.
Beləliklə, daha bir fakt budur ki, yeni parlament eyni zamanda nəzarətini güclənədirməli, yeni ideyalarla çıxış etməli və xüsusilə, yerlərdə məmurların da fəaliyyətlərinə nəzarət edərək, ictimai nəzarət faktorunu daim öndə tutmalıdırlar. O cümlədən, dövlətimizin başçısı cənab İlham Əliyevin başlatdığı uğurlu, dinamik islahatlar siyasəti bundan sonra da öz qətiyyəti, iradəsi ilə davam etdiriləcək – xalq-dövlət vəhdətinin sarsılmazlığı reallığı özünü daha geniş məcrada sübuta yetirəcək.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB