Mərkəzin baş katibi Özbəkistan parlament seçkilərində iştirak edib
Gənclər üçün təhsil Mərkəzi İB-nin baş katibi Gülnar Xəlilova dekabrın 22-də Özbəkistanda keçirilən parlament seçkilərinə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun dəstəyi ilə Azərbaycanı təmsil edərək ATƏT-in müşahidəçisi qismində qatılıb.
Mərkəzdən SİA-ya verilən məlumata görə, ATƏT ilk dəfədir ki, Özbəkistanda keçirilən seçkilərə 300 nəfərlik missiya göndərib. ATƏT 37 ölkədən 316 nəfərlik missiya ilə uzunmüddətli və qısamüddətli müşahidəçilər daxil olmaqla seçki prosesini izləyib.Özbəkistanda fəaliyyət göstərən “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyası seçkilərdə iştirak edib.
Qeyd edək ki ,ümumilikdə seçki siyahılarına 20,5 milyon seçicinin adı salınıb və Özbəkistanda 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB