Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirilib

Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirilib

Dekabrın 26-da Hacıqabul Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada ETSN-nin tinglik müəssisələrində yetişdirilən 2000-ə yaxın Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına nail olmaq, ictimaiyyətin diqqətini yeni yaşıllıqların salınmasına və qorunmasına yönəltməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə