Hüquq müdafiəçisinin səhhəti ətrafında oyunbazlıq etməyə çalışan AXCP sədri yenə də yandaşlarının ətrafında gözükölgəli qaldı
Partiya sədrindən daha çox sosial şəbəkə blogerliyi ilə məşğul olan AXCP sədri Əli Kərimlinin avtomobilin diqqətsiz idarəsi nəticəsində xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ətrafında özünə xal toplamaq cəhdləri uğursuzluqla nəticəsini tapdı. Artıq bəlli olub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisinin səhhətində müsbət dinamika qalır və onda sağalma prosesi gedir. Belə ki, mətbuatın da yazdığı kimi, hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva bildirib ki, bir həftədən çoxdur Oqtay Gülalıyevin hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: "Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.
Əli Kərimli Oqtay Gülalıyevin sağalmasını, komadan ayılmasını istəmir
Lakin bütün bunlardan sonra belə, sosial şəbəkələrdə var-gəl edən AXCP sədrinin davranışları belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Əli Kərimli Oqtay Gülalıyevin sağalmasını, komadan ayılmasını istəmir, əksinə o xəstənin ağır vəziyyətdə qalması arzusunu açıq-aşkar, heç bir insani dəyərlərə sığımadan nümayiş etdirməkdədir.
Başqa tərəfdən, bu gün “Milli Şura”da təmsil olunan digər şəxslər də, məsələn Gültəkin Hacıbəyli və başqaları sözügedən məsələ ətrafında qeyri-insani davranışlar nümayiş etdirir, hüquq müdafiəçisinin guya ki, “ölümlə çarpışdığını” utanmadan dilə gətirirlər. Hətta vəziyyət o həddə qədər gəlib-çatıb ki, AXCP-də və “Milli Şura”da sıravi üzv olan insanlar “liderlərinin” bu cür davranışlarının doğru seçim olmadığını deyirlər.
Xalqda onlara qarşı yaranmış ikrah hissini daha da artırmış olurlar
Beləliklə, fakt həm də budur ki, bu gün özlərini “ana müxalifət” kimi təqdim edən “liderlər” əslində daxillərindəki xəbisliklərini göstərməklə, xalqda onlara qarşı yaranmış ikrah hissini daha da artırmış olurlar. Hətta ortada fakt ola-ola bu cür səviyyəsiz davranışların sərgilənməsi isə, artıq kimin-kim olduğunu sübut yetirmiş olur. Nəticədə isə, Əli Kərimlinin Oqtay Gülalıyev planı baş tutmadı və hüquq müdafiəçisinin səhhəti ətrafında oyunbazlıq etməyə çalışan AXCP sədri yenə də yandaşlarının ətrafında gözükölgəli qaldı.
İsa Qəmbər, Vurğun Əyyub, Nicat Dağlar, Aqşin Yenisey və digər şəxslər də...
Onu da qeyd edək ki, Heydər Əliyev Fondu yalnız Oqtay Gülalıyevin deyil, dgər fərqli siyasi baxışları olan insanları da mülicələrə, cərrahiyyə əməliyyatlarına göndərib. Daha dəqiq desək, Oqtay Gülalıyev brinci şəxs deyil ki, hazırda xarici ölkədə müalicə almaqdadır. Ümumilikdə isə, bilavasitə Fondun təşəbbüsü, eləcə də ona edilən müraciətlər bir örnəkdir, humanist aksiya nümunəsidir. Müsavatçıların sabiq başqanı İsa Qəmbərin Almaniyada müalicəsindən tutmuş Vurğun Əyyuba qədər, jurnast Nicat Dağlardan tutmuş yazar Aqşin Yeniseyə qədər və onlarla müalicəyə ehtiyacı olan şəxslərə qədər çoxsaylı humanitar addımlar bu gün də yaddaşlardadır. Məhz buna görə, bəzi Kərimli tipli “liderlər” siyasi dividentlərini güdməkdənsə, reallığı dərk etməli, heç olmasa, ömürlərində bircə dəfə olsa, insanlığı anlamalıdırlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB