Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə 25 dekabr 2019-cu il tarixində Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Günəşə doğru” ədəbi-bədii kompozisiya keçirilib. SİA-nın verdiyi məlumata görə, dəvət olunmuş qonaqlar arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin müavini İdris İsayev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Amil Əlili, Xəzər rayonunun millət vəkili Rauf Əliyev, Sabunçu rayonunun millət vəkili Dilarə Cəbrayılova, Xəzər rayon İcra Hakimiyyətinin birinci müavini Elşən Qurbanov, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Qobustan Milli Tarixi-bədii Qoruğunun direktoru Vüqar İsayev, Peşə Təhsil Mərkəzlərinin direktorları və incəsənət nümayəndələri olub.
Əvvəlcə qonaqlar Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Zərgər, Kostyum ustası və dərzi, İnteryer və eksteryerin bədii tərtibatçısı qruplarının əl işlərindən ibarət sərgi ilə tanış oldular. Daha sonra, ədəbi-bədii kompozisiyada tələbələrin ifasında ilk insan yaranışı İmadədin Nəsiminin qəzəllərində təcəssüm olunmuş ilahi yaranış, od, su, torpaq fəlsəfəsinin səhnə həlli nümayiş olundu.
Qeyd edək ki, kompozisiyanın senari müəllifi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Həmid Kazımzadəyə, rejissor işi Elşad Rəhimzadəyə, qrim, kostyum, dekorasiya və səs operatoru işləri isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlim ustaları və tələbələrinə aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB