Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf strategiyası hazırlanıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, AMEA-da islahatların həyata keçirilməsi, bir sıra yeniliklərin tətbiqi üçün yaxın dövr - 2020-2025-ci illər üçün inkişaf strategiyasının hazırlanması lazım idi: “Artıq bir aydan çox idi ki, akademik R.Mehdiyevin rəhbərliyi altında işçi qrup AMEA-nın 2020-2025-ci illər üçün inkişaf strategiyasının hazırlanması üzərində iş aparıb. Artıq bu iş tamamlanıb. Yaxın 5 il üçün inkişaf strategiyası ümumi yığıncaqda müzakirə edilib. Bu, əslində akademiyada yeni islahatlar mərhələsinin başlaması deməkdir. Həmin strategiya müzakirə olunub qəbul edildikdən sonra yeni islahatlar dalğasına start veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB