Azərbaycan növbəti islahatlar mərhələsində - ŞƏRH

Azərbaycan növbəti islahatlar mərhələsində - ŞƏRH

Müasir, qüdrətli Azərbaycan dövləti bu gün sürətli, dinamik inkişaf mərhələsini yaşamaqda davam edir. Azərbaycanın dünyaya günəş kimi doğması Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Bu arzunun gerçəkləşməsinin səbəbkarı ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Ölkəmizdə idtisadi, sosial, mədəni, elmi sahələrdə islahatların aparılması Azərbaycanın dünya dövlətlərinə inteqrasiyasını, daxilidə əhalinin rifah halının günü gündən yüksəlməsinə zəmin yaratdı. Son dövürlər müasir düşüncəli, dünyəvi biliklərə malik olan və intelektual səviyyəli gənclərin müxtəlif sahələrdə irəli çəkilməsi dövlət strukturlarının daha səmərəli, faydalı işləməsini dahada möhkəmləndirdi.

Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarının birində demişdir: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Müasir dövrdə insanlar və dövlətlər arasındakı münasibətlər elə səviyyədədir ki, artıq güclü dövlət deyəndə güclü ordusu, geniş sərhədləri olan dövlətlər yox, məhz güclü və stabil iqtisadi mexanizmləri olan, zəngin maliyyə ehtiyatları olan dövlətlər başa düşülür. İkinci dünya müharibəsindən sonra yenidən qurulan Yaponiya, ordusuz İsveçrə, Sİnqapur buna misaldır.

Güclü iqtisadiyyat dövlətə digər dövlətlərdən, beynəlxalq təşkilatlardan asılı olmadan müstəqil fəaliyyət göstərməyə imkan verir, yığılan vergilərin hesabına formalaşan büdcə vətəndaşların rifah halının, sosial vəziyyətlərinin yaxşılaşmasına xidmət edir. Güclü iqtisadiyyat daxili bazarımızı təmin etmək hesabına idxalın azalmasına, bununla da ölkəmizdə devalvasiya və digər valyuta böhranlarının qarşısının alınmasına gətirib çıxarır. Güclü iqtisadiyyatı isə yalnız güclü lider və qətiyyətli islahatlar vasitəsilə qurmaq mümkündür.

Ölkə prezidentinin son dövrlərdə apardığı islahatlar bütövlükdə cəmiyyətimiz tərəfindən olduqca müsbət qarşılanır. İslahatların sistemliliyi, əsaslandırılmış olması, sahibkarların mənafelərini qorumağa meyilliliyi ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xalqı düşündüyünü bir daha sübut edir. Təsadüfi deyil ki, son dövrlərdə çıxışları zamanı ölkə prezidenti sahibkarlara qanunsuz müdaxilələrdən, haqsız rəqabət problemindən xəbərdar olduğunu və bunlarla mübarizə apamağın vacibliyini vurğulayıb.

Bu islahatlar çərçivəsində aparılan struktur islahatlarını - Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi, Maliyyə bazarlarına nəzarət Palatasının ləğv edilməsini xüsusilə müsbət hal kimi qeyd etmək istəyirik. Belə ki, cənab Prezidentimizin vurğuladığı kimi vergi orqanları tərəfindən qanunsuz müdaxilələr sahibkarların vergi ödəmək qabiliyyətini aşağı salırdı, onların dövlət orqanlarına olan inamsızlığının artmasına gətirib çıxarırdı, nəticədə sahibkarlar ya öz biznes fəaliyyətinə xitam verirdi, ya da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qonşu ölkələrə üz tuturdular. Bu isə ilk növbədə dövlət büdcəsinə ziyan vururdu, çünki hamıya məlumdur ki, sağlam və stabil iqtisadiyyatı olan ölkələrdə dövlət büdcəsinin əsas gəlir mənbəyini məhz vergilər təşkil etməlidir.

Maliyyə hüquq nəzəriyyəsinə müraciət etsək, bu islahatların elmi əsaslarının olduğunu bir daha şahidi olarıq. Klassik vergi nəzəriyyəsinin banisi Şotland alimi Adam Smit özünün “Xalqların sərvətlərinin səbəbləri və təbiəti haqqında" traktatında vergiqoymanın 4 kanonunun adını çəkir. Həmin kanonlar bu gün də vergi hüquq nəzəriyyəsində vergiqoymanın qızıl qaydaları adlanırlar. Bu qaydalardan ən vacibi ədalətlilik prinsipidir. Ədalətliliyin özünü də iki formada - şaquli və üfüqi ədalətlilik formasında başa düşülməli olduğunu qeyd edən Smit yazırdı ki, vergiqoymada şaquli ədalətlilik onunla izah olunur ki, vergilər vergi ödəyicilərin ödəmə qabiliyyətlərini nəzərə almaqla tətbiq olunmalıdır. Yəni fərqli iqtisadi imkanları olan vergi ödəyicilərinə münasibətdə vergi sisgtemi fərqli vergi öhdəliyi müəyyən etməlidir. (Adam Smith. “Wealth of Nations” 1776)

Bunun ardınca məşhur rus vergi hüquq alimi Pepelyayev yazır ki, ədalətli vergi sistemi qurmağın ən əsas şərti şəffaf vergi orqanları sistemi yaratmaqdır. O qeyd edir ki, o cəmiyyətlərdə ki, vergi orqanı ilə vergi ödəyicisi arasında şəffaf münasibətlər mövcuddur və vergi ödəyici əmindir ki, onun ödədiyi vergi məhz büdcəyə gedir və dolayısı ilə sabah onun özünə qayıdacaq, o cəmiyyətlərdə yüksək vergi intizamını müşahidə etmək mümkündür. Cənab Prezidentimizin dediyi kimi yeni yaradılmış biznes obyektlərində “ sahibkarların canına zəli kimi çökən məmurlarla” mübarizə aparmalı, vergilərin tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarəti gücləndirməliyik. “Biz sahibkarlara nəfəs verməliyik, imkan verməliyik ki, onlar daha çox qazanıb dövlətə daha çox vergi versinlər”.

Hyuq Dalton özünün “Dövlət maliyyəsi” adlı əsərində qeyd edir ki, büdcə daxilolmalarının artırmağın iki yolu vardır-bunlardan biri deflyasiya metodu, ikincisi inflyasiya, ya da reflyasiya metodudur. Birinci metod qiymətlərin aşağı salınmasına yönələn siyasi tədbirlər toplusudur. Qiymətlərin düşməsi ilə birlikdə mümkün olan digər sahələrdə ümumi xərclərin azalması müşahidə olunacaq və bununla da gəlirlər artacaqdır. Buna maliyyə hüquq elmində büdcə balanslaşdırılmasının birbaşa metodu da deyilir. İkinci metod qiymətlərin aşağı salınmasının əksinə olaraq ticarətin stimullaşdırılması yolu ilə büdcə gəlirlərinin artırılmasını nəzərdə tutur. Bu metoda büdcə balanslaşdrılmasının dolayı metodu deyilir və təcrübə göstərir ki, dolayı metod dövlət büdcəsinin gəlirlərinin artırılmasının daha etibarlı və dayanıqlı yoludur. (Hugh Dalton . Public finance. 2003).

Qeyd etmək istəyirik ki, ölkə Prezidentinin vergilər naziri ilə görüşü zamanı verdiyi tapşırıqlar ölkəmizin iqtisadiyyatın məhz bu yolunu tutduğunun sübutudur.

Maliyyə hüquq elminə məlumdur ki, dövlətlərin maliyyə sistemləri bir-biri ilə qarşılıqlı əlaqədə olan həlqələrdən ibarətdir ki, bunların içərisində Dövlət maliyyəsi həlqəsi ən böyük yeri tutur. Dövlət maliyyəsinin özünü də maliyyə hüquq elmi bir neşə yarımhəlqəyə bölür, bunlar büdcə fondu, büdcədənkənar fondler və dövlət krediti fondudur. Nəzəriyyədən məlumdur ki, dövlətlər üçün spesifik sayıla bilən gəlirləri, onların üzərində nəzarəti və idarəçiliyi daha səmərəli həyata keçirə bilmək məqsədilə büdcədən ayıraraq büdcədənkənar fondlarda toplamaq məqsədəmüvafiq hesab edilir. Bizim üçün bu gəlirlərin ən başlıcası, əlbəttə ki, neft gəlirləridir. Neft gəlirlərinin birbaşa büdcəyə deyil, ayrıca fonda toplanması, Neft fondunun gəlir və xərcləri üzərində xüsusi nəzarət formalarının yaradılması həmin gəlirlərin xalqa xidmət etməsinə, cəmiyyətin konkret problemlərinin həllinə xərclənməsinə kömək edir. Bu siyasət, Azərbaycan hakimiyyətinin, daha doğrusu, özünün də çıxışlarda dediyi kimi, bu ideyanın müəllifi olan cənab prezidentimizin uğurudur.

Son olaraq qeyd etmək istəyirik ki, respublikamızın apardığı islahatları, iqtisadi siyasəti elmi və nəzəri cəhətdən tədqiq etdikcə bir daha buna əmin oluruq ki, bu islahatlar elə-belə, kortəbii şəkildə aparılmır, hər birinin arxasında ciddi analizlər və araşdırmalar dayanır. Lakin bununla kifayətlənməməliyik, bilməliyik ki, daha yaxşı gələcək qurmaq üçün, neqativ halların aradan qaldırılması üçün cəmiyyət olaraq hər bir fərd öz boynuna düşəni etməlidir. Bunun üçün prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın ətrafında daha sıx birləşməli, Azərbaycanımız üçün layiqli gələcəyi birlikdə qurmalıyıq.

Əsmər Əliyeva,

Bakı Dövlət Univeriteti hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə