Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən istehsal olunmuş "Zəngilan – virtual səyahət" 3D qrafik təsvirli filmin, türk və fransız dillərində "Qarabağ - əcdadlarımızın mirası" sənədli filminin və Google Arts & Culture onlayn platformasında "Virtual Qarabağ" İKT gənclər ictimai birliyi tərəfindən nümayiş olunan Qarabağ mövzusunda kontentlərin ictimaiyyətə təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Gənclər və İdman naziri Azad Rəhimov, dövlət rəsmiləri və digər qonaqların da iştirak etdiyi tədbirdə təqdim olunan "Zəngilan – virtual səyahət" 3D qrafik təsvirli filim ictimai birliyin ötən illər ərzində yaratdığı işğal olunmuş ərazilərimizin 3 D formatında bərpası silsiləsindəndir.
Təqdim olunacaq türk və fransız dillərində "Qarabağ-əcdadlarımızın mirası" sənədli filmi də türkdilli və fransızdilli ölkələrin Qarabağın tarixi və bu günü barədə düzgün məlumat almasına xidmət edəcək. "Virtual Qarabağ" İKT gənclər ictimai birliyinin Qarabağ mövzusunda yaratdığı və Google Arts & Culture onlayn platformasında nümayiş etdirdiyi 5 sərginin də təqdimatı baş tutacaq. Tədbir çərçivəsində "Şuşa" qrafik əsərlərin sərgisi də təşkil edilərək keçiriləcəkdir.
Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011- ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.2-ci yarımbəndinə uyğun olaraq yaradılmışdır. 2017-ci ildə dövlət qeydiyyatına alınan İctimai birlik bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədir.
Fotolar: Nigar Vəlili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB