Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbir keçirilib. - TƏDBİR
Bu gün YAP Nizami Rayon Təşkilatı Gənclər Birliyi və Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan tədbirdə əvvəlcə YAP Nizami Rayon Təşkilatı Gənclər Birliyinin və Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva çıxış edib.
S.Abdullayeva geridə qalan 2019-cu ildə Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən, maarifləndirici tədbirlərdən danışıb və gələcək planlar barəsində məlumat verib.
Ardınca millət vəkili Fazil Mustafa, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev başqaları çıxış edərək, ürək sözlərini bildiriblər.
Sonra tədbirin bədii hissəsinə keçid edilib. Daun sindromlu uşaqların bir-birindən rəngarəng çıxışlarına yer verilib. Ardınca Yeni ilin rəmzi olan Şaxta baba və Qar qız, həmçinin uşaqlar üçün əyləncəli oyunlara yer verilib. Sonda Daun sindromlu şəxslərə bayram hədiyyələri təqdim olunub və xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB