"Dövlət başçısı vətəndaş cəmiyyətinin inkişafında mühüm addımlar atıb" AÇIQLAMA-ÖZƏL
“Son 16 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, qətiyyətli siyasət nəticəsində ölkəmiz böyük uğurlara imza atıb. Bu illər ərzində Azərbaycanda regionda lider dövlətə, həm də dünyada söz sahibinə çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun sədri Rauf Zeyni deyib.
O bildirib ki, ölkəmizin təşəbbüs ilə reallaşan meqalayihələr, həyata keçrilən beynəlxalq fəaliyyət, milli mütərəqqi bəşəri siyasət öz müsbət nəticəsini verir.
MQF sədri söyləyib ki, görülən işlər, atılan addımlar sayəsində Azərbaycan dünyada öz layiqli yerin tutmaqdadır: “Azərbaycan əhalisinin sayına, ərazisinə görə kiçik dövlət olsa da, strateji, beynəlxalq əhəmiyyətinə görə, dünyada sanballı ölkələrdən birinə çevrilib. Bu illər ərzində İstər beynəlxalq siyasət, istər hərbi, istərsə də sosial, humanitar sahədə əldə olunan zəfərlər, ölkədə həyata keçirilən inqilabi islahatlar xüsusi qeyd olunmalıdır”.
Prezident İlham Əliyevin bu illər ərzində vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstəyi xüsusi qeyd edən R. Zeyni vurğulayıb ki, milli donorların, QHT-lərə Dövət Dəstəyi Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi, Elmin İnkişaf, Gənclər Fondunun yaradılması, il ərzində olara dövlət vəsaitinin ayrılması vətəndaş cəmiyyətinin inkişafında çox mühüm addımlardır: “Vətəndaş cəmiyyəti olaraq bu dəstəyə görə Dövlət başçısına təşəkkür edir, hər zaman Onun yanında və dəstəkçiləriyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB