Şamaxıda konsert proqramı təşkil olunub

Şamaxıda konsert proqramı təşkil olunub

24 dekabr 2019-cu il tarixində "ASAN xidmət" və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN Radionun media dəstəyi ilə Şamaxı "ASAN Həyat" kompleksində konsert proqramı təşkil olunub. SİA-nın məlumatına görə, tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, "ASAN xidmət" işçilərinin peşə bayramı günü və ASAN Radionun 4 yaşına həsr olunub. Konsert proqramında Azərbaycanın Xalq artisti Aygün Kazımova, Aşıq Əli və Aşıq Samirə, Zenfira İbrahimova, Dj Roşka və digərləri səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa ediblər.

Sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdirilib. "ASAN Həyat" konsepsiyası "ASAN xidmət" mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. "ASAN Həyat" kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan ASAN Radio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılıb və 24 dekabr 2015-ci il tarixində yayıma başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə