"Yenilik insanların məhkəmə sisteminə inamını daha da artıracaq" AÇIQLAMA

"Yenilik insanların məhkəmə sisteminə inamını daha da artıracaq" AÇIQLAMA

“Bu gündən etibarən artıq bütün vətəndaşlar Ədliyyə nazirliyi tərəfindən təqdim olunan “Mobil məhkəmə” proqram təminatından istifadə edə biləcəklər”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin “Mobil Məhkəmə” informasiya sistemi üzrə içşi qrupunun rəhbəri Ramin Qurbanov deyib.

O bildirib ki, proqram təminatından hüquqi şəxslər də elektron formada istifadə etmək imkanı əldə edəcəklər: “Yeniliyin əsas məqsədi vətəndaşların ədliyyəyə daha da əlçatanlığını təmin etməkdən ibarətdir. Bununla da vətəndaşlar məhkəmələrə elektron qaydada, onlayn vasitəsilə sənədlərini təqdim edə biləcəklər”.

R. Qurbanov qeyd edib ki, bununla yanaşı proqram təminatı məhkəmə iclasları, məhkəmə qərarları haqqında da onlayn şəkildə məlumat əldə etmək, müəyyən sənədlərlə tanış olmaq fürsəti qazandıracaq: “Ümidvarıq ki, bu təminat insanların məhkəmə sisteminə inamını biraz daha artıracaq, həm də onların vaxtına qənaət edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə