Azərbaycan xalqı üçün İlham Əliyevin prezidentlik dövrü böyük sərvətdir!

Azərbaycan xalqı üçün İlham Əliyevin prezidentlik dövrü böyük sərvətdir!

“26 il bundan əvvəl erməni işğalı və 1 milyon qaçqın və məcburi köçkün axını ilə üzləşən, iqtisadiyyatı demək olar ki dağılmış vəziyyətdə olan Azərbaycanın, bugünkü kimi inkişaf etmiş ölkəyə çevrilməsinə inanmaq olmazdı”.

Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yüksək biliyə malik və müasir siyasəti və iqtisadiyyatı yaxından bilən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilmiş dinamik iqtisadi tərəqqi və ictimai-siyasi sabitlik, cəmiyyətimizin bütün təbəqələrinin maraqlarını ifadə edir. Azərbaycan dövləti hər bir vətəndaşın və ailənin, bütövlükdə, cəmiyyətin himayəçisi qismində çıxış edir və hər bir vətəndaş və ailə öz həyatında dövlətin dəstəyini, diqqət və qayğısını hiss edir.

İlham Əliyev tərəfindən həyata keçirilmiş inkişaf strategiyası ölkəmizin müxtəlif sahələrində fəaliyyətin güclənməsini uğurla təmin etməkdədir.

Ümumiyyətlə, 2019-cu il ölkəmizdə böyük islahatlar ili, daha doğrusu, buna start verildiyi il olaraq yadda qalacaq. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib. Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmayıb.
Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq.
Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağını bizim xarici siyasətimizin prioritetləri sırasına daxil etmişdir. İqtisadiyyatda əldə olunmuş böyük uğurlar, siyasi yetkinlik buna geniş imkanlar yaratmışdır.

“U.S.News&World Report” jurnalında dərc olunan, ümumilikdə dünyanın ən güclü 80 ölkələrinin yer aldığı reytinq siyahısında Azərbaycan, Avropanın bir çox ölkələrini geridə qoyaraq 45-ci yerdə qərarlaşıb. Siyahı Ümumi Daxili Məhsul, əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunmuşdur.
Xüsusilə vurğulanmalıdır ki, son illər ərzində milli quruculuq və islahatlar kortəbii deyil, sistemli düşünülmüş və strateji xarakter daşımaqdadır. Uzunmüddətli strateji planlaşdırmaya və proqnozlara əsaslanan bu siyasət Azərbaycanı qigər postsovet ölkələrindən fərqləndirən cəhətdir.

Elmi-texniki tərəqqinin inkişaf etdirilməsi, təhsilin, səhiyyənin ən müasir tələblər səviyyəsinə qaldırılması, cəmiyyətin bütünlüklə modernləşdirilməsi əsas prioritet məsələlərdəndir. Prezidentin bəyan etdiyi “qara qızılın insan kapitalına çevrilməsi” tezisinə əsasən, maddi resurslarımız intellektual kapital, ideya və innovasiya resursları ilə əvəzlənməkdədir.

Prezident İlham Əliyevin baxışları ondan ibarətdir ki, müasir dünyada intellektual və texnoloji tərəqqiyə yalnız ayrıca bir ölkənin gücü sayəsində nail olmaq mümkün deyildir. Buna görə də Azərbaycanın inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğun modernləşməsi üçün bütün resurslar hərəkətə gətirilməlidir.

Avropa Birliyi ilə müxtəlif əməkdaşlıq çərçivələrində səmimi əlaqələr yaratmış, təşkilata üzv olan ölkələrlə iki tərəfli münasibətləri inkişaf etdirməyə və Avropa Komissiyası ilə müxtəlif sahələrdə səmərəli dialoq qurmağa nail olmuş Prezident İlham Əliyev qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanın Avropa ailəsinə inteqrasiyasını sürətləndirmişdir.

Xarizmatik lider olan Prezident İlham Əliyev ölkəsinin maraqlarını ali tutaraq balanslaşdırılmış siyasət aparır. Ancaq prinsiplər var ki, o, bu prinsiplərdən bir addım geri çəkilməyir. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələrin çıxarılmasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bütün beynəlxalq hüquq normalarına əsaslanan, qətiyətli mövqeyini davam etdirir.

Çıxışlarının birində, cənab İlham Əliyev qeyd etmişdir ki, öz prezidentlik fəaliyyətində daim xalqa söykənir və onun yüksək etimadına arxalanır. İlham Əliyevi fərqləndirən keyfiyyət ondan ibarətdir ki, onun humanistliyi, mədəniyyəti və təvazökarlığı, ətrafında olanlar üçün örnəkdir.
Azərbaycanın bu gün ki, reallığı onu göstərir ki, Prezident İlham Əliyevin simasında biz yeni milli lider tipi müşahidə edirik. Bu Azərbaycan dövlətçiliyi tarixində yeni fenomendir. Onun bütün fəaliyyətinin mahiyyəti xalqı və dövləti, nicat və yüksəliş yolu ilə aparmaqdan ibarətdir.

Azərbaycan xalqı üçün İlham Əliyevin prezidentlik dövrü böyük sərvətdir!

Bu gün 24 dekabr ölkə başçımız İlham Əliyevin doğum günüdür.

ÇOX HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edib və ən xoş arzularımı bildirirəm.

Çox təcrübəli, praqmatik və həmişə müasirliyin nəbzini tutan bir insansıniz. İlham müəllim, Siz, Azərbaycan dövlətçiliyi tarixində yüksək rola sahib olan insanlardan birisiniz. Ölkənin inkişafında, beynəlxalq əlaqələrin möhkəmlənməsində Sizin, özünüzə məxsus rolunuz var.

Mən, Sizə, ilk növbədə can sağlığı, uzun ömür, ailə səadəti, şəxsi həyatinizda, bu şərəfli fəaliyyətinizdə və eləcə də ictimai işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Arzu edirəm ki, Siz, bundan sonrakı dövrdə də dövlətimizə xidmət edəsiniz və ölkəmizin gələcəkdə də böyük uğur qazanmağında iştirakınızı əvvəlki əzmlə davam etdirəsiniz.

Qoy hər gününüz uğurlu anlarla, hər ayınız xoş sədalarla, hər iliniz xoş əhval-ruhiyyə ilə başlasın. Böyük ailəniz olan Azərbaycan xalqı isə həmişə bundan qürur duysun və Sizinlə fəxr etsin.

Böyük hörmət və ehtiramla!

SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı
İlham Quliyev

Bütün xəbərlər Facebook səhifəmizdə