13 saylı Xəzər-Pirallahı Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində fəallıq müşahidə olunur - FOTOLAR

13 saylı Xəzər-Pirallahı Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində fəallıq müşahidə olunur - FOTOLAR

Bu gün 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsinin bütün məntəqələrində olduğu kimi 33 saylı seçki məntəqəsində də səsvermə prosesi şəffaf və demokratik qaydada davam edir, seçici fəallığı müşahidə olunur. Dairə seçki komissiyasının tərkibinə daxil olan bu seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb. Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, sərbəst şəkildə səs verirlər.

33 saylı seçki məntəqəsinin sədri Xavər İsmayılova SİA-nın əməkdaşı ilə söhbətində bildirib ki, saat 10:00-a olan məlumata görə, 1407 seçicisi olan məntəqədə 120 nəfər artıq səs verib: "Sədri olduğum məntəqədə 25 seçici ilk dəfə səs verir, 22 seçicinin isə yaşı 80-100 arasındadır. Əhali sayına uyğun olaraq 13 nəfər bələdiyyə üzvü seçilməlidir. Demokratik və şəffaf keçən seçkilərdə bələdiyyə üzvlüyü uğrunda 48 nəfər namizəd mübarizə aparır. Məntəqənin 6 üzvü var - sədr, 2 katib və 3 üzv. Hər seçkilərdə olduğu, kimi bu dəfə də çalışacağıq ki, seçicilər sərbəst şəkildə, heç bir müdaxilə olmadan məntəqəyə gəlib öz fikirlərini ifadə etsinlər, layiq bildikləri namizədlərə səs versinlər. Bir sözlə, seçki məntəqəsində komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti, seçicilərin səslərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şərait yaradılıb".

Qeyd edək ki, bu gün Azərbaycanda yerli idarəetmə forması - bələdiyyələrə seçkilər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə